Rumıniya mətbuatının iddiası: "Neftçi" Regekampfla yola davam etmək istəmir

15:16 - 5 İyun 2023

Rumıniya mətbuatı "Neftçi"nin Azərbaycan kubokunun finalında "Qəbələ"yə məğlubiyyətdən (0:1) sonra baş məşqçi Laurentsiu Reqekampfla işbirliyinə davam etmək istəmədiyini yazıb.

Sportal.az xəbər verir ki, bu iddianı “Playsport” portalı ortaya atıb. 

Rumıniyalı həmkarlarımızın yazdığına görə, Regekampfın müqaviləsində müqavilənin ləğvi bəndi var və o, aktivləşdiriləcəyi təqdirdə “Neftçi” ona 100 min avro (təxminən 182 min manat) məbləğində təzminat ödəməli olacaq. Əlavə edək ki, 47 yaşlı mütəxəssisin "ağ-qaralar"la bir illik müqaviləsi qüvvədədir.

Mirbağırağa
 

Xəbər xətti