"Kəpəz"in gürcü futbolçuları Mate Kvirkviya və Giorgi Kantariya Azərbaycanda qalmaq niyyətindədir.
Sportal.az saytına verilən məlumata görə, yola saldığımız mövsümü Gəncə klubunda keçirmiş gürcü oyunçular “Sumqayıt”a təklif edilib. “Kəpəz”də aparıcı oyunçulara çevrilmiş legionerlər “gənclik şəhəri” təmsilçisinin formasını geyinmək niyyətindədir. Hələ ki, tərəflər arasında danışıqlar gedir.
Kvirkviya “Vit-Corciya”, “Dila”, “Zestafoni”, “Torpedo”(Kutaisi), “Rustavi”, “Dinamo”(Batumi), “Dinamo(Tbilisi), “Samtrediya”, “Qaqra” klublarında oynayıb. Kantaria isə “Zuqdidi”, “Neman”(Belarus), “Telavi”də çıxış edib.