Bu gün İntizam Komitəsinin iclası keçirilib.
Sportal.az xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul edilib:
27.05.2023-cü il tarixində Misli Premyer Liqasının XXXVI turunun “Səbail” – “Şamaxı” oyununda “Səbail” klubunun futbolçusu Elmir Tağıyev təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanır, “Səbail” klubu 3200 manat cərimə edilir (maddə 37.3);
27.05.2023-cü il tarixində Misli Premyer Liqasının XXXVI turunun “Səbail” – “Şamaxı” oyununda “Səbail” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Səbail” klubu 800 manat cərimə edilir (maddə 39);
27.05.2023-cü il tarixində Misli Premyer Liqasının XXXVI turunun “Səbail” – “Şamaxı” oyununda “Şamaxı” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Şamaxı” klubu 800 manat cərimə edilir (maddə 39);
27.05.2023-cü il tarixində Misli Premyer Liqasının XXXVI turunun “Səbail” – “Şamaxı” oyunu bitdikdən sonra “A buraxılışı” vəsiqəsi olmayan şəxslər dəhlizə daxil olduğuna görə “Səbail” klubu 800 manat cərimə edilir (maddə 49.6);
saytlarin hazirlanmasi