Türkiyə Super Liqasında baş məşqçi istefası

21:51 - 7 İyun 2023

Türkiyə Super Liqasında növbəti baş məşqçi istefası gerçəkləşib.

Sportal.az xəbər verir ki, "Sivasspor" Rıza Çalımbayla yollarını ayırıb. 60 yaşlı mütəxəssis bu gün təşkil olunan mətbuat konfransında postunu tərk etdiyini açıqlayıb.

Qeyd edək ki, Rıza Çalımbay 2019-cu ilin iyun ayından "Sivasspor"u çalışdırırdı. Komanda Super Liqanı 41 xalla 12-ci pillədə başa vurub.

Xəbər xətti