"Sabah"ın yollarını ayırdığı Tiemoko Fofana Finlandiyaya qayıdıb.
Sportal.az xəbər verir ki, Fil Dişi Sahilindən olan forvard "Haka" ilə anlaşıb.
O, 2023-cü il dekabrın 31-nə qədər adıçəkilən kluba məxsus olacaq. Qeyd edək ki, “Sabah”a da məhz Finlandiyadan gəlmişdi. Forvardın əvvəlki klubu “İlveş” idi.
Aprelin son günlərində "Sabah" onunla yollarını ayırdığını rəsmi şəkildə elan etmişdi.