Azərbaycan Premyer Liqasında 12 mövsümün rekordu

10:14 - 14 İyun 2023

Misli Premyer Liqasının 2022/23 mövsümünün oyunlarını 17 baş hakim idarə edib.

Sportal.az PFL-ə istinadən xəbər verir ki, onlardan üçü daha çox – hərəyə 16 matçda ədaləti qoruyub. Mövsümün liderləri Əliyar Ağayev, Fərid Hacıyev və Tural Qurbanov olub. Elçin Məsiyevlə Rəşad Əhmədov hərəyə 15, Rəvan Həmzəzadə 14 dəfə meydana baş hakim kimi çıxıb. 12 referi 10 və ya daha çox matçda söz sahibi olub.

Üç hakim isə yalnız bir qarşılaşmanı idarə edib.Bir mövsümdə 17 baş hakimin meydana çıxması son 12 ilin rekordudur. Daha yüksək göstərici sonuncu dəfə 2010/11 mövsümündə yaşanıb. Həmin vaxt 19 ədalət təmsilçisi baş hakim kimi təyinat alıb. Sonrakı mövsümlərdə bu rəqəm aşağı olub.

 

1-3 Əliyar Ağayev 16
  Fərid Hacıyev 16
  Tural Qurbanov 16
4-5 Elçin Məsiyev 15
  Rəşad Əhmədov 15
6 Rəvan Həmzəzadə 14
7-8 İnqilab Məmmədov 13
  Rauf Allahverdiyev 13
9 Rauf Cabarov 12
10-11 Cavid Cəlilov 11
  Kamal Umudlu 11
12 Nicat İsmayıllı 10
13 Kamranbəy Rəhimov 8
14 Vüqar Həsənli 7
15-17 Əli Əliyev 1
  Emin Əliyev 1
  Kamran Əliyev 1

Xəbər xətti