Premyer Liqada say dəyişmədi: "Şamaxı"nın yerinə bu komanda gəlir - RƏSMİ

13:47 - 16 İyun 2023

Azərbaycan Premyer Liqasında 2023/2024 mövsümündə neçə komandanın iştirak edəcəyi dəqiqləşib.

Sportal.az xəbər verir ki, yeni mövsümdə elitada 10 komanda mübarizə aparacaq. Bu barədə AFFA-nın baş katibi Sərxan Hacıyev məlumat verib.

Başa çatan mövsümü sonuncu pillədə başa vuran "Şamaxı" I Diviziona düşüb. I Divizionun çempionu olan "Araz Naxçıvan" isə yeni mövsümdə Premyer Liqada çıxış edəcək.

Qeyd edək ki, AFFA İcraiyyə Komitəsinin üzvü Elmar Məmmədyarov Premyer Liqada 12 kollektivin iştirak edəcəyini bildirmişdi.

Xəbər xətti