"Kayrat"dan ayrıldı, Azərbaycanda oynaya bilər

12:35 - 17 İyun 2023

"Kayrat"dan ayrılan Güljigit Alıkulov karyerasını Azərbaycan Premyer Liqasında davam etdirə bilər.

Sportal.az saytına verilən məlumata görə, Qırğızıstan milli komandasının aparıcı üzvü Azərbaycanda oynamağa razılıq verib. 22 yaşlı futbolçunun agenti vasitəsilə Premyer Liqamızda oynamağa müsbət yanaşıb-yanaşmadığı barədə fikri alınıb. Alıkulov paytaxt klublarımızdan birində oynamaqdan imtina etməyəcəyini bildirib. Onun yay "transfer pəncərəsi" zamanı Bakı klublarından birinə keçidi reallaşması mümkündür.

Güljigit ölkəsində "Kara-Balta", "Alqa" klublarında oynadıqdan sonra 2019-cu ildə "Neman"a yollanıb. 2020-2023-cü illərdə isə vinger “Kayrat”ın formasını geyinib.
 

Xəbər xətti