"Tirana" və Kosovo millisinin hücumçusu Florent Hasaninin Azərbaycanda oynamaq ehtimalının olması barədə xəbər vermişdik.
Sportal.az xəbər verir ki, forvardın yeni mövsümdə Azərbaycan Premyer Liqasında oynamaq ehtimalı davam edir. Amma bu, tez baş verməyəcək. Saytımıza açıqlama verən Hasani Konfrans Liqasının təsnifat mərhələsinin oyunları bitməmiş Azərbaycana gəlişinin reallaşmayacağını söyləyib:
"Azərbaycana gəlmək məsələsi barədə hələ ki, bir söz deyə bilmərəm. Çünki qarşıda "Tirana"nın Konfrans Liqasındakı oyunları var. Avrokuboklardan sonra necə olacağını zaman göstərəcək. Bizi indi "Dinamo"(Batumi) ilə oyun gözləyir. Onları keçsək, "Beşiktaş"la qarşılaşacağıq. Avrokuboklar başa çatdıqdan sonra, ən yaxşı seçimi edəcəm. Ondan sonra bəlkə Azərbaycana gəldim".
Əlavə edək ki, Hasaninin adı "Neftçi", "Qarabağ" və "Sabah"la hallanırdı.
Mirbağırağa
saytlarin hazirlanmasi