Bölgə klubunun baş məşqçisi: "Çempionluq üçün oynayacağıq"

14:20 - 27 İyun 2023

I Divizionda mübarizə aparan "İmişli" klubunun baş məşqçisi Ruhid Usubov Sportal.az saytına müsahibə verib:

- "İmişli" I Divizionda ilk mövsümünü keçirdi. Geridə qalan sezonu necə dəyərləndirirsiniz?

- Bizim üçün çətin mövsüm oldu. Amma yaxşı təcrübə qazandıq. Bu, bizə imkan verir ki, gələn mövsüm üçün daha yaxşı komanda quraq.

- Komanda yeni mövsümün hazırlıqlarına nə vaxt başlayacaq?

- İyul ayının 10-15-i arası seçimlərimiz olacaq. Avqust ayında isə təlim-məşq toplanışına başlayacağıq. Yaxın rayonların birində 10 günlük hazırlıq prosesi keçməyi planlaşdırmışıq.

- Heyətlə bağlı hansı yeniliklər olacaq? Transfer fəaliyyətinə başlamısız?

- Heyətdə dəyişikliklər olacaq. Ötən mövsümdə özünü yaxşı tərəfdən göstərən futbolçularla yeni müqavilə imzalayacağıq. Çempionluq üçün oynayacağıq.

- Büdcədə bağlı dəyişiklik var?

- Artıq yeni sponsorla müqavilə imzalamışıq. Əlbəttə ki, sponsor varsa, büdcə də fərqli olacaq.

- "İmişli"nin yeni mövsümdə hədəfi nə olacaq?

- Bu il verilən qərar çox sevindirici oldu. İdman prinsiplərinin qorunması bizə motivasiya verir. "İmişli" Premyer Liqada oynamağı hədəfləyib.

- "İmişli"nin Premyer Liqa şansını necə dəyərləndirirsən?

- Yaxın günlərdə klubumuz barədə sevindirici məlumatlar paylaşılacaq. Tam dəqiq məlumatlar o zaman veriləcək. Hədəfimiz yaxın ərazilərdən istedadlı futbolçuları komandaya cəlb etmək və mübariz komanda formalaşdırmaqdır.

Elçin Əlixan

Xəbər xətti