Premyer Liqa təmsilçisi italyanların təklifi ilə razılaşmadı

12:18 - 1 İyul 2023

"Torino" "Vest Hem"in xorvatiyalı yarımmüdafiəçisi Nikola Vlaşiçin transfer hüququna yiyələnməyə çalışır.

Sportal.az "The Sun"a istinadən xəbər verir ki, komandanın çalışdırıcısı İvan Yuriçin xahişi ilə "Torino” rəhbərliyi xorvatiyalı üçün İngiltərə klubuna təklif göndərib. Turinlilər Vlaşiç üçün 9 milyon avro və bonus olaraq 1 milyon avro təklif ediblər. Amma London klubu bu qiymətlə razılaşmayıb. 

"Vest Hem" iyulun 31-dək ÇSKA-ya 17, 43 milyon avro transfer borcunu ödəməsə, təzminatın ümumi məbləği 25,65 milyon avroya qədər artacaq. Həmçinin ingilis klubuna üç il müddətinə tam məbləğ ödənilənə qədər yeni futbolçuları qeydiyyatdan keçirmək qadağan ediləcək. Məsələ burasındadır ki, "Vest Hem" 2021-ci ildə Vlaviçi ÇSKA-dan transfer edən zaman tələb olunan bütün məbləği ödəməyib.
 

Xəbər xətti