Yeni mövsümün hazırlıqlarını davam etdirən "Araz Naxçıvan" baxışa bir neçə futbolçu dəvət edib.
Sportal.az saytına verilən məlumata görə, Naxçıvan təmsilçisinin təklif göndərdiyi oyunçulardan biri də Arzuman Məmmədovdur.
Polşanın "Poloniya"(Sroda) klubunun yarımmüdafiəçisi Premyer Liqa təmsilçisinin məşqçilər korpusunun etimadını qazanmağa çalışacaq.
20 yaşlı futbolçu haqda yekun qərar sabah veriləcək.
Əslən azərbaycanlı olan Arzuman Ukraynada dünyaya gəlib və “Kolos”un yetirməsidir.