Belaruslu: "Qarabağ", "Neftçi", "Qəbələ" və "Sabah" haqda eşitmişdim"

18:09 - 15 İyul 2023

"Kəpəz"ə keçidim bir anda alındı. Təklif gəldi, danışdıq və razılıq verdim. İlk növbədə "Kəpəz"ə kömək etmək istəyirəm".

Bu sözləri Sportal.az saytına açıqlamasında "Kəpəz"in qolkiperi Vladislav Vasilyuçek deyib.

Belaruslu qolkiper Azərbaycan Premyer Liqası barədə də öncədən məlumatlı olduğunu söyləyərək, tanıdığı komandaların adını sadalayıb:

"Qarabağ”, “Neftçi”, “Qəbələ” və “Sabah” haqda eşitmişdim. Bilirdim ki, burada güclü komandalardır. Amma özüm hələ oynamadığım üçün bu liqa haqda geniş nəsə deyə bilmərəm. Çalışacam ki, komandam üçün ən yaxşısını edim".

Konfrans Liqasının birinci təsnifat mərhələsinin “Dinamo”(Minsk) – “Jelezniçar” matçı Bakıda keçiriləcək. Vasilyuçek həmyerlilərini dəstəkləyəcəyini də deyib: "Bildiyim qədərilə Belarus komandaları oyunlarını azarkeşsiz keçirir. Yəqin ki, oyuna televizorda baxacam. Əgər Azərbaycana telekanallarından biri göstərərsə, izləyəcəm. Olmasa, internetdən axtarıb tapacam".

Xatırladaq ki, 29 yaşlı belaruslunun son klubu "Slutsk" olub. O, "Kəpəz"lə bir illik müqavilə imzalayıb.

Mirbağırağa

Xəbər xətti