Yeni mövsümdən Premyer Liqada çıxış edəcək "Araz Naxçıvan"ın düşərgəsə əslən azərbaycanlı olan Ukrayna vətəndaşı Arzuman Məmmədovu dəvət etməsi barədə xəbər vermişdik.
Sportal.az saytına verilən məlumata görə, "Poloniya"nın (Sroda) futbolçusunun Naxçıvan klubuna keçidi baş tutmayıb. Buna səbəb isə onun bəyənilməməsi deyil.
Söhbət ondan gedir ki, yarımmüdafiəçi Ukrayna vətəndaşıdır. Premyer Liqa klubu isə legioner limiti ondan yana istifadə etmək istəməyib. Məmmədovun yerli statusda oynamasının isə baş tutmaq ehtimalının az olduğunu nəzərə alan "Araz Naxçıvan" transferdən vaz keçib.
Əslən azərbaycanlı olan 20 yaşlı futbolçu Ukraynada dünyaya gəlib və “Kolos”un yetirməsidir.
saytlarin hazirlanmasi