"Araz-Naxçıvan" Futbol Akademiyasının koordinatoru vəzifəsində işləmiş Adil Şükürov komandadan ayrılıb.
Bu barədə Şükürov özü Sportal.az saytına müsahibə verib. O, mövsümün əvvəlində təyin olunduğu vəzifəsindən ayrıldığını bildiirb.
Şükürov saytımıza açıqlamasında Naxçıvan klubundakı fəaliyyətindən və oradan ayrılma səbəbindən danışıb:
"Naxçıvanda birlikdə işlədiyim hər kəsə təşəkkür edirəm. Uzun müddət idi ki, bu bölgədə futbol yox idi. Çalışdıq ki, Naxçıvan futboluna faydamız olsun. İnanıram ki, belə də oldu. Çempionatların keçirilməsi, məşqçilərin maarifləndirilməsi ilə bağlı məsələlərdə nəyəsə nail ola bildik. Orada çalışanlara, bundan sonra da işləyəcəklərə uğurlar arzulayıram. İstəyərdim ki, əməkdaşlığımız, münasibətlərimiz davam etsin. Oradan getdiksə, o demək deyil ki, bütün münasibətlər, əlaqələr kəsilməlidir. Davam etməlidir. Şəxsən Vüqar Abbasova, Tural Hüseynəliyevə, Hümbət Qəhrəmanova minnətdarlığımı bildirmək istəyirəm. Fəxr edirəm ki, belə insanlarla tanış oldum və birlikdə işlədim. Hər birinə təşəkkür edirəm. Bu insanlarla işləmək qüruruverici idi. Onlar "Araz Naxçıvan"ın inkişafı üçün nələrsə etməyə çalışırdılar.
Klubdan ayrılmağımın əsas səbəbinə gəlincə, bütün danışıqlarımız, bütün razılaşmalarımız Vüqar müəllimlə olmuşdu. Fikirləşdim ki, Vüqar Abbasovla bərabər mən də ayrılsam, yaxşı olar".
Mirbağırağa
saytlarin hazirlanmasi