2023/24-cü il mövsümündə Azərbaycan Premyer Liqasında iştirak edəcək “Araz-Naxçıvan”ın əvəzedici komandasının formalaşdırılması istiqamətində çalışmalar davam etdirilir.
Sportal.az xəbər verir ki, əvəzedicilərin çempionatında debüt edəcək ikinci komandanın baş məşqçisi vəzifəsi Zaur İsmayılova tapşırılıb. Qapıçılara Cəmaləddin Əliyev məşq keçəcək. Hər iki məşqçi ilə 1 illik müqavilə imzalanıb.
Baş məşqçi klubun mətbuat xidmətinə açıqlama verib: “İki gündür məşqlərə başlamışıq. Bir qədər geciksək də, qalan vaxtdan maksimum istifadə etməyə çalışacağıq. Məşqlərimizi Binə stadionunda keçirik. Heyətimizə əsasən perspektiv vəd edən gənc futbolçuları dəvət etmişik. Hədəfimiz onları gələcəkdə əsas komandaya qazandırmaqdır. Əlbəttə, gənclərin yanında 3-4 təcrübəli futbolçu da çıxış edəcək. Eyni zamanda, əsas komandada meydana çıxmayacaq futbolçulardan bir neçəsi ertəsi gün bizə kömək edəcəklər”.
saytlarin hazirlanmasi