"Araz Naxçıvan"ın yeni mövsüm formaları - FOTO

21:55 - 18 İyul 2023

Azərbaycan Premyer Liqasında iştirak edəcək “Araz-Naxçıvan” 2023-2024-cü il mövsümündə “Diadora”nın forma və geyim dəstlərindən istifadə edəcək.

Sportal.az xəbər verir ki, artıq İtaliya şirkəti ilə müqavilə imzalanıb. Şirkətin Muxtar Respublika təmsilçisi üçün istehsal edəcəyi məhsullar yaxın günlərdə təqdim ediləcək.

Qeyd edək ki, komandanın oyun formaları ağ və qırmızı rəngdə olacaq.


Xəbər xətti