Ukrayna millisinin sabiq üzvü Yevgeni Konoplyanka karyerasını Azərbaycanda davam etdirə bilər.
Sportal.az saytına verilən məlumata görə, son olaraq Polşada "Krakoviya" klubunun formasını geyinmiş təcrübəli futbolçuya Premyer Liqamızda oynamaq üçün bir neçə klub təklif edilib.
33 yaşlı futbolçu isə maliyyə məsələsi uyğun olacağı təqdirdə, Azərbaycan çempionatında oynamağa müsbət yanaşa biləcəyini bildirib. Konoplyanka “Dnepr”, “Sevilya”, “Şalke”, “Şaxtyor” komandalarının formasını geyinib. Qeyd edək ki, ukraynalının adı Polşa yüksək liqasına yeni vəsiqə qazanan “Puşa” ilə də hallanır.