"Benfika"nın sabiq futbolçusu Kalifo Balde Azərbaycanda oynaya bilər.
Sportal.az xəbər verir ki, Premyer Liqa klublarımızdan biri 23 yaşlı sol cinah müdafiəçisi ilə maraqlanır. Bu barədə "Record" nəşri məlumat yayıb.
Qvineya-Bissaulu arxa xətt oyunçusuna Kipr və Portuqaliyadan da təkliflər var.
Qeyd edək ki, Kalifo Balde "Sakavenense"nin yetirməsidir. O, 2017-2018-ci illərdə "Benfika"nın U-19 və B komandalarında çıxış edib. Balde son mövsümü "Amora"nın heyətində keçirib. Müdafiəçi 2022/2023 mövsümündə meydana çıxdığı 17 rəsmi matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi