Transfer çalışmalarını davam etdirən “Araz-Naxçıvan” növbəti oyunçu keçidini həll edib.
Sportal.az xəbər verir ki, bu gün bosniya və herseqovinalı sol cinah yarımmüdafiəçisi Miço Kuzmanoviçlə müqavilə imzalanıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
1.78 sm boya malik 27 yaşlı yarımmüdafiəçi karyerası ərzində vətənində “Modriça Maxima”, “Zvijezda”, “Banja Luka”, “Drina Zvornik”, “Mladost Kakanj”, “Sarayevo” klublarının formasını geyinib. O, legioner kimi müxtəlif illərdə Serbiyanın “Yaqodina”, Belçikanın “Mouscron”, Sloveniyanın “Rudar Velenje” və “Celje” klublarının heyətində çıxış edib. Ötən mövsümü “Tuzla Sity”də keçirən Kuzmanoviç 2023-2024-cü il mövsümünü “Araz-Naxçıvan”da keçirəcək
saytlarin hazirlanmasi