Çilili futbolçu Jordi Tompson karyerasını Azərbaycanda davam etdirə bilər.
Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçilərindən biri "Kolo-Kolo"nun 19 yaşlı vingerini transfer etmək istəyir. Bu barədə "emol.com" saytı məlumat yayıb. Gənc oyunçu ilə maraqlanan klubun adı açıqlanmayıb.
Çili U-21 millisinin üzvünü Portuqaliyanın "Çaves" klubu da transfer etməkdə maraqlıdır.
Qeyd edək ki, Jordi Tompson bu ilin yanvar ayından "Kolo-Kolo"nun əsas komandasında çıxış edir. Ön xətt oyunçusu komandanın heyətində meydana çıxdığı 15 rəsmi matçda 5 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi