"Araz-Naxçıvan" konqolu yarımmüdafiçi transfer etdi

16:43 - 2 Avqust 2023

“Araz-Naxçıvan” transfer çalışmalarını davam etdirir.

Sportal.az xəbər verir ki, Muxtar Respublika təmsilçisi bu dəfə Elvis Maşike ilə 1 illik müqavilə imzalayıb. Bu gün Bakıya gələn konqolu yarımmüdafiəçi mərkəz hücumçusu kimi də çıxış edə bilir. O, tibbi müayinədən keçib və komandaya qoşulub.

Qeyd edək ki, 186 sm boya malik futbolçu hücumda da oynamaq qabiliyyətinə malikdir. Onun sonuncu klubu Maltada “Xamrun Spartan” olub. Buna qədər isə müxtəlif illərdə Çexiya və Slovakiyanın “Jilina”, “Seniça”, “Slovan”, “Viktoriya”, “Visehrad”, “Zvolen”, “Çeçka”, “Loko Vltavin”, “Sered”, “Banik Ruzina” komandalarında çıxış edib.

Xəbər xətti