"Qarabağ" Azərbaycan Premyer Liqasının 1-ci turunda öz meydanında "Zirə"ni qəbul edir.
Sportal.az xəbər verir ki, qarşılaşmanı izləyənlər arasında keçmiş FIFA referisi Fariz Yusifov da var. Polis polkovnik-leytenantı olan sabiq hakim övladları ilə birlikdə qarşılaşmaya tribunadan tamaşa edir.
Yusifov saytımıza açıqlamasında bildirdi ki, hazırda iş başında deyil, sadəcə ailə üzvləri ilə birlikdə matçı izləmək üçün stadiona gəlib.
Qeyd edək ki, Fariz Yusifov hakimlik illəri ərzində Azərbaycan Premyer Liqasında 269 oyun idarə edib.
saytlarin hazirlanmasi