"Partizan"ın baş məşqçisi: "Saldanya "Sabah"la bağlı məlumatları bizə ötürüb"

21:55 - 9 Avqust 2023

Avropa Konfrans Liqasının III təsnifat mərhələsində "Sabah"ın rəqibi olan "Partizan"ın baş məşqçisi İqor Dulyay ilk oyundan öncə keçirilən mətbuat konfransında iştirak edib.

Sportal.az xəbər verir ki, 43 yaşlı serbiyalı mütəxəssis Bakıdakı isti havanın onlara problem yarada biləcəyini bildirib:

"Sabah"ın güclü və ya zəif olduğunu demək çətindir. Rəqib az qol buraxan komandadır. Bakıda hava isti və rütubətlidir. Bu, bizə problem ola bilər. "Sabah"ın heyətində Coy Lens-Mikels, Aleksey İsayev, Kristian Da Silva kimi maraqlı oyunçular var".

İqor Dulyay bir neçə gün öncə "Neftçi"dən "Partizan"a keçən Mateus Saldanyanın onlara "Sabah" haqda məlumat verdiyini bildirib:

"Saldanya rəqiblə bağlı bütün məlumatları portuqaliyalı köməkçimə ötürüb".

Xəbər xətti