"Qarabağ"ın rəqibi Fransadan futbolçu gətirdi

14:39 - 11 Avqust 2023

Avropa Liqasının II təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan HİK heyətini yeni futbolçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, Finlandiya təmsilçisi Fransanın "Amyen" klubundan Hassane Bandeni transfer edib. Bu barədə Helsinki klubunun mətbuat cidməti məlumat yayıb.

HİK 25 yaşlı burkina fasolu vingerlə 2025-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.

Qeyd edək ki, "Qarabağ" ilk oyunda HİK-i 2:1 hesabı ilə məğlub edib. Komandalar arasında cavab görüşü 17 avqust tarixində Helsinkidə baş tutacaq.

Xəbər xətti