"Sumqayıt"dan ayrılan futbolçu bölgə klubunda

12:58 - 13 Avqust 2023

"Sumqayıt"dan ayrılan Xəzər Mahmudovun yeni klubu məlum olub.

Sportal.az xəbər verir ki, 22 yaşlı hücumçu "İmişli"yə keçib. Bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Daha əvvəl "Şamaxı" və "Sumqayıt"da forma geyinən Mahmudov son mövsümdə "kimyaçılar"ın ikinci komandasında çıxış edib.

Xəbər xətti