Bu yay Premyer Liqada mübarizə aparan klublar müxtəlif ölkələrdən olan legionerlərlə anlaşdı. Doqquz ildən sonra yüksək liqaya qayıdan “Araz Naxçıvan”ın heyətinə qatdığı oyunçulardan biri də Elvsi Maşiku oldu. Konqo Demokratik Respublikasından olan forvard ikinci turda “Qəbələ”yə (2:0) qarşı keçirilmiş görüşdə komandasının ikinci qoluna imza atdı.
Maraqlıdır ki, Maşikunun gəlişi ilə Azərbaycan çempionatında oynamış konqoluların sayı 4-ə çatdı. Sportal.az Premyer Liqamızda oynamış əvvəlki konqolu futbolçuları təqdim edir.
David Mbomboko Fiston Nqoy
Azərbaycan çempionatının bu ölkədən olan ilk təmsilçisi Nqoy Bombokodur. Bu futbolçu 2007-ci ildə Afrika Çempionlar Liqasının 5 qat qalibi “Mazembe”dən “Qəbələ”yə icarəyə verilmişdi. 2007/2008 mövsümündə 11 görüşə çıxan futbolçu 4 qol vurmağı bacarsa da, “Mazembe”yə geri qayıtmışdı. 46 yaşlı veteran futbolçu hazırda ölkəsində məşqçi kimi çalışır.
Freddi Mombonqo-Dues
AZAL-dakı çıxışı ilə diqqətləri üzərinə çəkmiş, 2014/2015 mövsümündə Premyer Liqada poker etmiş Freddi Mombonqo Konqo Demokratik Respublikasından olan ikinci futbolçudur. Azərbaycana gələnə qədər “Köln”, “Eupen”, “Mons”, “Antverpen”də oynamış forvard hazırda Belçikada “Hutvenne”də çıxış edir.
Çikito Lema Mabidi
Maşikuya qədər çempionatımızda Konqo DR-dən olan son futbolçu Mabidi idi. “Səbail”də diqqətçəkən performans nümayiş etdirmiş futbolçu sonradan gözlənilmədən komandadan ayrılaraq İraqa yollanmışdı. Amma onun “Əl-Kuva”dakı karyerası da uzun çəkməmişdi. Hazırda isə futbolçu ölkəsinin “Vita” klubunda oyanyır.
Mirbağırağa
saytlarin hazirlanmasi