AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Sportal.az xəbər verir ki, bu gün baş tutan toplantıda aşağıdakı qərarlar qəbul edilib:
12.08.2023-cü il tarixində Misli Premyer Liqasının II turunun “Araz-Naxçıvan” – “Qəbələ” qarşılaşmasında “Qəbələ” klubunun futbolçusu Ülvi İsgəndərov təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanır, klub 2000 manat cərimə edilir (maddə 40.2);
14.08.2023-cü il tarixində Misli Premyer Liqasının II turunun “Neftçi” – “Səbail” oyununda “Səbail” klubu 2-ci hissəyə gec çıxdığına görə 1500 manat cərimə edilir (maddə 60.4);
14.08.2023-cü il tarixində Misli Premyer Liqasının II turunun “Neftçi” – “Səbail” oyununda “Səbail” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Səbail” klubu 700 manat cərimə edilir (maddə 37);
14.08.2023-cü il tarixində Misli Premyer Liqasının II turunun “Neftçi” – “Səbail” oyununda “Səbail” klubunun baş məşqçisinin köməkçisi Elmir Xankişiyev meydançaya kənar əşya atdığına görə 2 oyun şərti olmaqla 4 oyun cəzalanır, klub 3500 manat cərimə edilir. Sınaq müddəti 3 ay təyin olunur (maddə 52.4; 32);
14.08.2023-cü il tarixində Misli Premyer Liqasının II turunun “Neftçi” – “Səbail” oyununda “Neftçi” klubunun baş məşqçisi Adrian Mutu “A buraxılışı” vəsiqəsindən istifadə etmədiyinə görə “Neftçi” klubu 500 manat cərimə edilir (maddə 51.8);
saytlarin hazirlanmasi