"Araz-Naxçıvan" Azərbaycan Premyer Liqasının 3-cü turunda səfərdə "Qarabağ"a 1:2 hesabı ilə məğlub olub.
Sportal.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında Muxtar Respublika təmsilçisinin baş məşqçisi Azər Bağırov jurnalistlərin suallarını cavablandırıb:
- Rəqib nə qədər yorğun görünsə də, çətin oyun olacağını bilirdik. "Qarabağ"ı avrokuboklardakı uğuruna görə təbrik edirəm. Bu gün yaxşı oynadıq. Futbolçular arasında adaptasiya getməlidir. Gələcək oyunlarda düzələcək.
- Sonda hesabı qorumaq üçün nə çatışmadı?
- Futbolçulara deyirəm ki, hər zaman motivasiya olmalıdır, konsentrasiya itməməlidir. Futbol hakimin final fitində bitmir. Paltardəyişmə otağında bitməlidir. Uşaqlar kosnentrasiyadan düşdülər. Yorğunluq da ola bilər. Yaxşı oynadıq. Əhsən onlara.
- İki legioneri sonradan meydana buraxdız. Halbuki onlar əsas oyunçulardır...
- Qurban müəllim çempionat oyunlarında ikinci hissədə güclü oyunçuları meydana buraxır. Biz də istədik ki, ikinci hissədə onları meydana buraxaq.
- İlk yarıda sizin, ikinci hissədə "Qarabağ"ın penaltisi verilmədi. Hakimin nəticəyə təsiri oldu?
- Hakimlik bir şey yoxdur. Görübsə, verəcək. VAR sistemi var. Amma yenə də hakimlik bir şey yoxdur. Onların üzərinə getməyin mənası yoxdur.
- Medyana 7 legionerlə çıxmışdız, "Qarabağ" 7 yerli oyunçu ilə...
- "Qarabağ"dakı yerlilər neçə illərdir birlikdə oynayır. Onların bir-biri ilə anlaşması legionerlərdən geri qalmır. Üç turdur ki, bir yerdə oynaya bilirik. Birlikdə yoxlama görüşü də keçirməmişik. Uşaqlar bir-birini rəsmi oyunlarda hiss edirlər. Çətindir. Amma çətinliklərin hamısını adlamalıyıq.
Mirbağırağa
saytlarin hazirlanmasi