“Yuventus”un müdafiəçisi Leonardo Bonuççi karyerasını Almaniyada davam etdirə bilər.
Sportal.az “Calciomercato”ya istinadən xəbər verir ki, 36 yaşlı futbolçuya “Union Berlin”dən təklif gəlib. İtaliyalı almanlardan qəti cavab vermək üçün vaxt istəyib.
36 yaşlı futbolçu “Viterbese”, “İnter”, “Trevizo”, “Piza”, “Cenoa”, “Bari”də oynadıqdan sonra 2010-cu ildə “Yuventus”a keçmişdi.
2017-2018-ci illərdə “Milan”ın formasını geyinmiş italiyalı sonradan yenə “Yuve”yə qayıtmışdı. O, “qoca sinyora” ilə yollarını ayırıb.
saytlarin hazirlanmasi