Sloveniya millisinin sabiq müdafiəçisi Muamer Vuqdaliç Avropa Liqasının seçmə mərhələsinin pley-off mərhələsinin "Olimpiya" və "Qarabağ" komandaları arasında bu cümə axşamı Lyublyanada keçiriləcək ilk matçla bağlı fikirlərini bölüşüb.
Sportal.az “Šport TV”yə açıqlama verən veteran futbolçu bunları deyib:
“Olimpiya” artıq məqsədinə çatıb, Avropa yarışlarından birinin qrup mərhələsinə yüksəlib. “Qarabağ”a qarşı da oynamaq olar. Sloveniya çempionu Çempionlar Liqasının seçmə mərhələsinin 2-ci mərhələsində "Ludoqorets"i məğlub edib (2:1, 1:1). Azərbaycan klubu ilə görüşlərdə də niyə eynisini etməsin? “Olimpiya” inamlı görünür və Avropa Liqasının qrup mərhələsinə düşməyə ümid edir. Biz hamımız bunu istəyirik”.
saytlarin hazirlanmasi