Azərbaycan millisinin sabiq futbolçusu Araz Abdullayevin yeni komandası bəlli olub.
Sportal.az xəbər verir ki, 31 yaşlı futbolçu Kosovoda oynayacaq.
O, bu ölkənin yüksək liqa təmsilçisi "Llapi" ilə müqavilə imzalayıb.
Abdullayev 2023/2024 mövsümünü bu klubda keçirəcək.
Araz "Neftçi", "Qəbələ", "Qarabağ", "Sumqayıt", "Everton", "Panionios", "Etnikos Axna", "Anortosis", "Boluspor" klublarında oynayıb.
saytlarin hazirlanmasi