Bakıda seleksiya xarakterli təlim-məşq toplanışı keçirən 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ilk yoxlama oyununu keçirib.
Sportal.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, I Liqa təmsilçisi MOİK-lə qarşılaşan millimiz 2:1 hesablı qələbə qazanıb.
U-19-un qollarını İbrahim İbrahimli və Uğur Səfərov vurub.
Yığmamız növbəti oyununu sabah “İmişli” komandasına qarşı keçirəcək.
saytlarin hazirlanmasi