"Neftçi"nin futbolçusu Vyetnamla oyuna dəvət edildi

22:30 - 23 Avqust 2023

"Neftçi"nin yarımmüdafiəçisi Ataa Caber Fələstin milli komandasına dəvət alıb.

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 28 yaşlı futbolçu millinin Asiya Kuboku – 2024-ə hazırlıq məqsədilə səfərdə sentyabrın 6-da Oman, 11-də Vyetnam yığmaları ilə keçirəcəyi yoldaşlıq matçlarına çağırılıb.

Qeyd edək ki, Caber Fələstin milli komandasının heyətində 2 oyunda meydana çıxıb.

Xəbər xətti