Azərbaycan çempionu "Qarabağ" sabah Avropa Liqasının pley-off mərhələsinin "Olimpiya" ilə ilk oyununa çıxacaq.
Sportal.az xəbər verir ki, Qurban Qurbanov oyundan öncə sabah keçiriləcək görüşlə bağlı fikirlərini bildirib:
"Olimpiya" ilə oyuna hazırlaşmaq üçün bir neçə günümüz oldu. Çalışdıq ki, bu günlərdən düzgün istifadə edək. Futbolçularımın təcrübəsi yorğunluğu aradan qaldırmağa kömək edəcək, yaxşı oyun göstərmək üçün əllərindən gələni edəcəklər. Meydanda maraqlı mübarizə olacaq. "Olimpiya" yaxşı futbolçulardan ibarət komandadır. Rəqibdə bəzən sistem dəyişir. Onların meydanda hansı sistemdən istifadə edəcəyini görəcəyik".
saytlarin hazirlanmasi