İngiltərə millisinin forvardı üçün 41 milyon avro ödəyəcəklər

11:27 - 24 Avqust 2023

"Bornmut"un forvardı Dominik Solanke İngiltərədə komandasını dəyişəcək.

Sportal.az "The Mirror"a istinadən xəbər verir ki, "Vest Hem" ingilis hücumçunu transfer etmək üçün danışıqlara başlayıb.

London klubu Solanke üçün 41 milyon avro ödəməyə hazırdır.

Forvard ötən mövsüm 2022/23 mövsümündə 35 matça çıxıb, 7 qol vurub və 7 məhsuldar ötürmə edib.

İngiltərə millisinin hücumçusu "Çelsi", "Vitesse", "Liverpul"da oynadıqdan sonra 2019-cu ildə "Bornmut"a keçib.

Xəbər xətti