"Makkabi" (Təl-Əviv) və İsrailin U-21 yığmasının qapıçısı Daniel Peretz tezliklə "Bavariya"nın futbolçusu olacaq.
Sportal.az "Bild"ə istinadən xəbər verir ki, Münhen təmsilçisi İsrail klubu ilə qolkiperin transferi ilə bağlı razılığa gəlib.
"Bavariya" qapıçının transferi üçün 5 milyon avro, həmçinin əlavə bonuslar ödəyəcək. Tərəflər 5 illik müqavilə imzalayacaqlar.
Tibbi müayinə bu həftənin sonuna təyin edilib. 2022/2023 mövsümündə Peretz "Makkabi"nin heyətində bütün yarışlarda 37 oyun keçirib. İsrail millisinin də qapıçısı 2023-cü ildə U-21 yığmaları arasında keçirilmiş dünya çempionatında bürünc medal qazanmağı bacarıb. Danielin "Makkabi" ilə hazırkı müqaviləsi 2024-cü ilin iyun ayının sonuna kimi qüvvədədir.