"Tirana"nın hücumçusu Florent Hasaninin xidmətində Azərbaycan klublarının maraqlı olması barədə xəbər vermişdik.
Sportal.az saytına açıqlama verən kosovolu forvard Premyer Liqamızda oynamaq ehtimalının hələ ki, reallaşmayacağını söyləyib. Bu isə maddiyyatla bağlı problem deyil. Məsələ burasındadır ki, Hasani Kosovo vətəndaşlığına sahibdir. Azərbaycan isə Serbiyanın ərazi bütövlüyünü rəsmən tanıdığından Hasaninin Kosovo pasportu ilə çempionatımızda oynaması mümkün deyil.
Saytımıza danışan forvard Albaniya vətəndaşlığına sahib ola biləcəyini söyləyib. Lakin bu vaxt alacağından Azərbaycana gəlməsi reallaşmayıb:
"Azərbaycan klubları ilə danışıq aparırdıq. Əslində, ölkənizə gəlişim real idi. Amma vətəndaşlıq məsələsi problem oldu. Əslində, Albaniya pasportu ilə Azərbaycanda oynaya bilərəm. Amma məndə o da yoxdur. Albaniya pasportunu almağım mümkündür. Onu almağa çalışırıq, amma bunun nə qədər vaxt aparacağını bilmirəm. Bu mənada, hələ ki, Azərbaycanda oynamağım alınmayacaq. Albaniya pasportuna sahib çıxsam, baş verə bilər. Türkiyədən də təkliflərim var. Həm klubum “Tirana”, həm də mənim üçün hansı təklif uyğundursa, ora da gedəcəm".
26 yaşlı hücumçu karyerası ərzində “Vuştriya”, “Trepça”, “Dioşdyor”, “Hapoel Kfar-Sava”, “Dyirmot” klublarında oynadıqdan sonra 2022-ci ilin iyul ayında “Tirana”ya keçmişdi.
Mirbağırağa
saytlarin hazirlanmasi