Sloveniyanın "Olimpiya" klubunun portuqaliyalı hücumçusu Ruy Pedro bu gün Avropa Liqasının pley-off mərhələsinin “Qarabağ”la Lyulblyanada keçiriləcək ilk qarşılaşması haqda danışıb.
Sportal.az xəbər verir ki, portuqaliylı forvard onları Azərbaycan çempionuna qarşı ağır görüşün gözlədiyini deyib:
"Nə qədər ciddi rəqibə qarşı oynayacağımızı yaxşı bilirik. Biz güclü komandalara qarşı oynamağa öyrəşmişik. Son rəqibimiz Türkiyənin “Qalatasaray” klubu idi ki, onların da “Qarabağ”dan güclü olduğunu düşünürəm. Amma buna baxmayaraq, "Qarabağ"a qarşı da bizi çətin oyunlar gözləyir. Azərbaycan klubunun Avropada böyük təcrübəsi var. Biz ambisiyaları olan komandayıq və Avropa Liqasının qrupunda oynamaq istəyirik. Ümidvaram ki, qalib gələn tərəf biz olarıq".
Komandalar arasında ilk oyun avqustun 24-də Lyublyanada keçiriləcək və Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
saytlarin hazirlanmasi