Rusiya millisinin üzvü Denis Çerışev 2023/2024 mövsümün də “Venetsiya”da keçirəcək.
Sportal.az xəbər verir ki, bu barədə İtaliya klubunun idman direktoru Davide Brendolin bildirib. “Venetsiya” təcrübəli futbolçuya görə heç bir təklif almayıb:
"Çerışev növbəti mövsümü “Venetsiya”da keçirəcək. Ona görə hələ heç bir təklif almamışıq. Denis bizimlə qalır".
Ötən mövsüm Denis Çerışev “Venetsiya”nın heyətində 24 oyun keçirib, 4 qol vurub və iki məhsuldar ötürmə edib. Mətbuatda rusiyalının İspaniyanın “Levante” klubuna keçə biləcəyi ilə bağlı xəbərlər yayılıb. Çerışev əvvəllər "Valensiya", "Vilyarreal" və "Real”(Madrid) kimi klublarda çıxış edib.
saytlarin hazirlanmasi