“Əl-İttihad"ın forvardı Kərim Benzema ilə komandanın baş məşqçisi Nuno Eşpirito Santonun münasibətləri ciddi şəkildə korlanıb.
Sportal.az “Asharq Al-Aswat” portalına istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis Benzemaya start heyətində yer vermək həvəsində deyil.
Bunun isə bir neçə səbəbi var. Santu forvardın oyun tərzini bəyənmir və əvvəlcədən də onun transferinə qarşı çıxıb. O, Kərimin keyfiyyətlərinin komandanın tələbatına cavab vermədiyini rəhbərliyə bildirib. Benzema hələ də çempionatda bir qol vurmağı bacarmayıb.
Öz növbəsində fransalı forvard klub rəhbərliyi ilə artıq danışıb və narahatlığını, məşqçinin onunla qeyri-peşəkar davranmasını izah edib. Kapitan seçimi də ikili arasındakı münasibətləri gərginləşdirib. Benzema yüksək təcrübəsinə əsaslanaraq, kapitanlığa ümid edirdi. Lakin portuqaliyalı məşqçi bundan imtina imtina edərək, klubun əfsanələri Romarinyo və Əhməd Şarahilini kapitan seçib. Vəziyyət o yerə gətirib çıxarıb ki, Benzema “Əl-İttihad”ın son məşqini buraxıb.
Xatırladaq ki, Benzema iyunun 6-da "Əl-İttihad"la müqavilə imzalayıb. Futbolçuya vergidən azad olmaqla 200 milyon avroya iki illik müqavilə təklif olunub.
saytlarin hazirlanmasi