"Mateus "Lokomotiv"in ən yaxşı və aparıcı oyunçularından biri idi. Həm də yaxşı oğlandır. Bir dəfə də olsun, məşqi qaçırmayıb, məşqə gecikməyib. Əsl peşəkar və yaxşı futbolçudur".
Bu sözləri Sportal.az saytına açıqlamasında "Lokomotiv"in məşqçisi Konstantin Mirçev deyib.
Plovdiv təmsilçisinin məşqçisi "Qarabağ"ın yeni transferi Mateus da Silva haqda danışıb. Onun sözlərinə görə, Bolqarıstan klubu braziliyalının yoxluğunu hiss edəcək: "Təbii ki, Mateusun gedişinə üzüldük. Onun yoxluğunu hiss edəcəyik. Amma biz şadıq ki, o, güclü və böyük klubda oynayacaq. Hər zaman da bunu istəyirdi. İnanırıq ki, “Qarabağ”da işləri uğurlu alınacaq".
Azərbaycan çempionunun yeni transferini daha yaxından tanıyan Mirçev onun mənfi xüsusiyyətlərinin olmadığını deyib: “Mateus fiziki cəhətdən çox güclüdür. Həm müdafiədə, həm də hücum planında komandaya çox kömək edir. Texnikalıdır, topla əla davranışı var. Məsuliyyətli və intizamlı futbolçudur, özü də kollektivə rəhbərlik etmək xüsusiyyətinə də malikdir. Liderlik keyfiyyəti var. Bəlkə də ən vacibi odur ki, o, həm də çox yaxşı oğlandır. Mateusla işləmək asandır, komandaya komandaya tez bir zamanda uyğunlaşacaq. O, yaxın vaxtlarda “Qarabağ”ın əsas oyunçusuna çevriləcək".
"Qarabağ" "Lokomotiv"dən Mateusu heyətinə qatıb və onunla 2+2 şərti ilə müqavilə imzalanıb.
Mirbağırağa
saytlarin hazirlanmasi