Rusiya çempionu "Zenit" heyətini braziliyalı forvardla gücləndirmək istəyir.
Sportal.az "Globo"ya istinadən xəbər verir ki, Sankt-Peteburq təmsilçisi "Flamenqo"nun hücumçusu Pedro Abreu üçün qarşı tərəfə təklif göndərib.
Artıq danışıqlar başlayıb. Rusiya nəhəngi Abreu üçün 25 milyon avro təklif edib. 26 yaşlı hücumçu ötən mövsüm 41 oyuna çıxıb, 27 qol vurub və "Flamenqo"nun bombardiri olub.
Onun klubla müqaviləsi 2027-ci ilin dekabrına qədərdir. Pedro "Fluminense", "Fiorentina"da da oynayıb və 2020-ci ildən Braziliyanın əsas millisinə dəvət edilir.
saytlarin hazirlanmasi