"Sumqayıt"ın yeni legioneri Tresor Mossi milli komandaya dəvət edilib.

Sportal.az xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi sentyabrın 12-də Afrika Millətlər Kubokunun növbəti turunda Kamerunla üz-üzə gələcək Burundi yığmasına cəlb olunub.

Mossi bu yay "Sumqayıt"la müqavilə imzalayıb.

Futbolçu çempionatda 2 oyuna çıxıb.