AFFA "Sabah"ı 1700, "Kəpəz"i 1800 manat cərimələdi

14:09 - 24 Avqust 2023

Bu gün İntizam Komitəsinin iclası keçirilib.

Sportal.az PFL-ə istinadən xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul edilib:

18.08.2023-cü il tarixində Misli Premyer Liqasının III turunun “Kəpəz” – “Turan Tovuz” qarşılaşması bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Kəpəz” klubu 800 manat cərimə edilir (maddə 51.2);

18.08.2023-cü il tarixində Misli Premyer Liqasının III turunun “Kəpəz” – “Turan Tovuz” oyununda “Kəpəz” klubunun azarkeşləri tərəfindən kütləvi şəkildə oyunun rəsmi şəxslərinin ünvanına təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə “Kəpəz” klubuna xəbərdarlıq edilir (maddə 43.7);

18.08.2023-cü il tarixində Misli Premyer Liqasının III turunun “Kəpəz” – “Turan Tovuz” oyununda “Mix” zona təşkil edilmədiyinə görə “Kəpəz” klubu 500 manat cərimə edilir (maddə 70.1);

18.08.2023-cü il tarixində Misli Premyer Liqasının III turunun “Kəpəz” – “Turan Tovuz” oyununda zonaların tələblərinə riayət edilmədiyinə görə “Kəpəz” klubu 500 manat cərimə edilir (maddə 51.8);

18.08.2023-cü il tarixində Misli Premyer Liqasının III turunun “Kəpəz” – “Turan Tovuz” oyununda “Turan Tovuz” azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə “Turan Tovuz” klubu 1500 manat cərimə edilir (maddə 52.2);

20.08.2023-cü il tarixində Misli Premyer Liqasının III turunun “Qarabağ” – “Araz-Naxçıvan” oyununda “Araz-Naxçıvan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Araz-Naxçıvan” klubu 700 manat cərimə edilir (maddə 37);

20.08.2023-cü il tarixində Misli Premyer Liqasının III turunun “Sabah” – “Neftçi” oyununda “Sabah” klubunun 7 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Sabah” klubu 700 manat cərimə edilir (maddə 37);

20.08.2023-cü il tarixində Misli Premyer Liqasının III turunun “Sabah” – “Neftçi” oyununda “Neftçi” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Neftçi” klubu 700 manat cərimə edilir (maddə 37);

20.08.2023-cü il tarixində Misli Premyer Liqasının III turunun “Sabah” – “Neftçi” oyununda “Sabah” klubunun baş məşqçisi Murad Musayev oyunun bərpasını ləngitdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun şərti olmaqla 2 oyun cəzalanır, “Sabah” klubu 1000 manat cərimə edilir. Sınaq müddəti 3 ay təyin edilsin (maddə 36.8; 32);

20.08.2023-cü il tarixində Misli Premyer Liqasının III turunun “Sabah” – “Neftçi” oyununda “Sabah” klubunun azarkeşləri tərəfindən oyunun rəsmi şəxslərinin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə “Sabah” klubuna xəbərdarlıq edilir (maddə 43.7);

20.08.2023-cü il tarixində Misli Premyer Liqasının III turunun “Sabah” – “Neftçi” oyununda “Neftçi” klubunun azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə “Neftçi” klubuna xəbərdarlıq edilir (maddə 43.7);

Xəbər xətti