"Neftçi"yə qarşı oynamış forvard Azərbaycan klublarına təklif edilib

22:18 - 25 Avqust 2023

"Jelezniçar"ın hücumçusu Suleyman Krpiç karyerasını Azərbaycan Premyer Liqasında davam etdirə bilər.

Sportal.az saytına verilən məlumata görə, Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Jelezniçar"ın heyətində "Neftçi"yə qarşı oynamış forvard Premyer Liqamızda çıxış edən bir neçə kluba təklif edilib.

32 yaşlı hücumçunu maliyyə məsələlərində razı salacaq təklif olarsa, o, "transfer pəncərəsi"nin son gününə qədər Azərbaycana gəlmək şansından istifadə edəcək.

Krpiç karyerası ərzində “Sarayevo”, “Sloboda Tuzla”, AİK, “Traktor”, “Suvon”, “Astra”, “Tuzla Siti”, “Vestern Sidney” komandalarının formasını geyinib.

Xəbər xətti