FİBA Avropa Kubokunun təsnifat mərhələsinə hazırlıqlarını davam etdirən "Sabah" basketbol klubu növbəti transferini həyata keçirib.
Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Masazır təmsilçisi Xorvatiya millisinin üzvü Pavle Marçinkoviçlə bir illik müqavilə imzalayıb.
Dəfələrlə Xorvatiya millisinin kapitanı olan Marçinkoviç universallığı ilə seçilir. 34 yaşlı təcrübəli basketbolçu karyerası ərzində Xorvatiya, Bolqarsıtan və Kipr klublarında çıxış edib.
Son olaraq Xorvatiyanın “Cedevita Junior” klubunda forma geyinən Pavle Marçinkoviç karyerası ərzində 3 dəfə Xorvatiya çempionu olub, 1 dəfə Xorvatiya Kubokunu qazanıb.
saytlarin hazirlanmasi