"Ferentsvaroş" "Neftçi"nin futbolçusu ilə maraqlanır

12:34 - 27 Avqust 2023

"Ferentsvaroş" bu dəfə "Neftçi"dən futbolçu transfer etmək qərarına gəlib.

Ötən mövsüm "Qarabağ"dan Ovusu Kvabenanı komandaya cəlb edən Macarıstan çempionunun transfer siyahısında yer alan futbolçu Kilan Lebondur.

Sportal.az saytına verilən məlumata görə, Budapeşt təmsilçisi "Neftçi"nin legionerini mövsümün əvvəlindən bu yana izləyir. "Ferentsvaroş" 26 yaşlı futbolçu üçün qışda "Neftçi"yə rəsmi təklif göndərməyi hazırlaşır.

Sent Martin milli komandasının üzvü 2023-cü ilin yanvarında "Astana"dan “Neftçi”yə keçmişdi. Onun müqaviləsi 2024-cü il iyunun 30-da başa çatır. Amma klub onunla müqavilə müddətini bir illik artıra bilər.

Xəbər xətti