Türkiyə birinci liqasında üçüncü tura start verilib.
Sportal.az xəbər verir ki, milli komandamızın müdafiəçi Bəxtiyar Həsənalızadə "Tuzlaspor"da debüt edib.
Amma onun debütü uğursuz alınıb. Belə ki, “Eyüpspor"la görüşə start heyətində çıxan Bəxtiyarın komandası 0:5 uduzub.
Həsənəlizadə start heyətində meydana çıxsa da, hesab 0:3 olarkən 27-ci dəqiqədə əvəzlənib. “Tuzlaspor” xalsızdır və hazırda 18-ci pillədədir.
saytlarin hazirlanmasi