Basketbol üzrə 19-cu dünya çempionatı iki gündür ki, start götürüb.
Sportal.az xəbər verir ki, artıq ilk tur geridə qalıb. Qonşu Gürcüstan millisi də mundialda iştirak edir. İlias Zurosun rəhbərlik etdiyi kollektiv Kabo-Verde yığmasına qalib gəlib - 85:60. Bu qələbəyə biganə qalmayanlar arasında "Qarabağ" və Gürcüstan milli komandasının qolkiperi Luka Quqeşaşvili də var. O, hətta instaqram səhifəsində həmin oyunun hesabını paylaşaraq komanda yoldaşı, Kabo-Verdedən olan Leandro Andradeni də işarələyib.
Xatırladaq ki, Filippin, İndoneziya və Yaponiyada keçirilən dünya çempionatında Gürcüstan millisi Kabo-Verde, Sloveniya və Venesuela ilə eyni qrupda mübarizə aparır.
Mirbağırağa
saytlarin hazirlanmasi